JURNALİSTLƏRİN POLİSƏ İDDİASI GERİ QAYTARILIB

“Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov, “Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun polis təzyiqinə məruz qalmaları ilə bağlı Səbail rayon məhkəməsinə edilən müraciəti  qəbul olunmayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yüksəliş naminə” qəzetinin müxbiri E. Həsənov məlumat verib.
 Onun bildirdiyinə görə, hakim Kəmalə Əmirxanovanın imzası ilə daxil olan cavabda iddianın düzgün tərtib olunmaması və ərizədə qeyd olunanların həqiqəti əks etdirməməsi ifadə olunaraq, buna heç bir əsas  göstərilməyib:
  “Bizim məqsədimiz hadisə baş verən gün bizə fiziki təzyiq edən polislərin layiqli cəza almasıdır. Ona görə də yenidən Səbail rayon Məhkəməsinə müraciət edəcəyik. Nəticə eyni olacaqsa, apellyasiya məhkəməsinə və ardınca son instansiyaya qədər müraciət olunacaq.”
Qeyd edək ki, jurnalistlərin polis təzyiqinə məruz qalması ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılmış və prokurorluqdan məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdu.
Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu ildə Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu polis bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.

Previous Post

İDDİANIN RƏDD OLUNMASI İLƏ BAĞLI BAŞ REDAKTORUN VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

METYU BRAYZA İLHAM ƏLİYEVLƏ GÖRÜŞDƏ GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.