İDDİANIN RƏDD OLUNMASI İLƏ BAĞLI BAŞ REDAKTORUN VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (13 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Çingiz Qənizadənin  “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı  xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə xüsusi ittihamçı Çingiz Qənizadə və onun nümayəndəsi Raqif Mustafayev, cavabdeh tərəfdən isə Fərəməz Novruzoğlu və vəkili İmran Kərimov iştirak edirdi.
F.Novruzoğlu xüsusi ittiham qaydasında iddianın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun tərtib olunmamasını əsas gətirərək, iddianın rədd edilməsi ilə bağlı vəsatət qaldırdı. Hakim vəsatəti təmin etmədi. Daha sonra F.Novruzoğlu işlə bağlı  dəlil və sübutların məhkəməyə təqdim olunması üçün hakimdən vaxt istədi. Hakim növbəti prosesi 17 avqust, saat 09.30-a təyin etdi.
Xatırladaq ki, hüquq müdafiəçisi Çingiz Qənizadə həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ GƏNC BLOQÇULARIN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

Next Post

JURNALİSTLƏRİN POLİSƏ İDDİASI GERİ QAYTARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.