JURNALİSTLƏRİN MƏSƏLƏSİ YENİDƏN PARLAMENTDƏ MÜZAKİRƏ OLUNUB

     Bu gün Milli Məclisdə həbsdə olan jurnalistlərlə bağlı müzakirə keçirilib. Millət vəkilləri İltizam Əkbərli və Pənah Hüseyn jurnalistlərin azadlığa buraxılmasını təklif ediblər.

Onlar hakimiyyətin söz və mətbuat azadlığına maneələr yaratdığını bildiriblər.

      Milli Məclisin vitse-spikeri Bahar Muradova isə çıxışında bildirib ki, o bayramı hər kəsin öz ailəsinin yanında keçirməsini istəyir. “Amma bunu içəridə olanlar özləri istəyirlərmi? Onlar ora düşməzdən əvvəl nə yazdıqlarını fikirləşsinlər. Bu gün Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. Onlar öz günahlarının nədən ibarət olduğunu başa düşsəydilər, yaxşı olardı. Günahlarını etiraf etsinlər, prezidentə müraciət göndərsinlər. Onda əfv oluna bilərlər”. Məlumatı “Mediaforum” saytı yayıb. 

Previous Post

SƏFİRLİK RƏSMİSİ AÇIQLAMA VERİB

Next Post

RƏNA ZAHİDOVA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.