SƏFİRLİK RƏSMİSİ AÇIQLAMA VERİB

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Conatan Henik “Novosti-Azərbaycan” Agentliyinə açıqlama verib.

O bildirib ki,  “Azərbaycandakı jurnalistlərin əsas problemi – jurnalistikanın inkişafı üçün zəruri olan şəraitin olmamasıdır. Azərbaycanda jurnalistlər döyülür, həbs olunur və hətta öldürülür, Elmar Hüseynovun ölümü bunun təsdiqidir. Ümüd edirik ki, bu ölüm istisna olacaq və onun qatiləri tapıldıqdan sonra cəzalarını cəkəcəklər”. Henik Azərbaycan jurnalistikasının problemləri sırasında Azərbaycanda fəaliyyət göstərən əksər jurnalistlərin iqtisadi çətinlikdə olduğunu, bəzi jurnalistlərin professional olmamalarını və etik jurnalist qaydalarına riayət etməmələrini də qeyd edib.

Previous Post

İCTİMAİ KOMİTƏ QƏNİMƏT ZAHİDOVLA BAĞLI VƏSATƏT VERƏCƏK

Next Post

JURNALİSTLƏRİN MƏSƏLƏSİ YENİDƏN PARLAMENTDƏ MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.