JURNALİSTLƏR SABİQ NAZİRİN MƏHKƏMƏSİNƏ BURAXILMAYIB

Bu gün (24 iyun) bir qrup jurnalist (“525-ci qəzet” “İnterpolis” “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları) sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və digər şəxslərin verdikləri apellyasiya şikayəti üzrə Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesə buraxılmayıb.

Məhkəmənin qarşısında olan polislər jurnalistlərə bildiriblər ki, hakim jurnalistlərin prosesə buraxılmamağı haqqında göstəriş verib. Bu məlumatı RATİ-yə prosesdə buraxılmayan jurnalistlər versələr də, onlar öz adlarının açıqlanmasını arzulamadılar. Həmin jurnalistlərin izahatına görə, əgər onların adları hallanacaqsa bu halda Apellyasiya Məhkəməsində keçiriləcək digər proseslərə  də onlar buraxılmayacaqlar.
 Apellyasiya Məhkəməsinin Mətbuat Xidmətinin rəhbəri Könül Əliyeva RATİ-nin əməkdaşı ilə söhbətində bu məlumatı təsdiqləyib və jurnalistlərin məhkəməyə buraxılmamağının anlaşılmamazlığ nəticəsində baş verdiyini bildirib: “Keçən prosesdə telekanallar onlara verilən vaxtdan artıq çəkiliş apardığı üçün hakim bu məhkəmə prosesi zamanı yalnız video çəkilişin qadağan olunması barədə göstəriş vermişdi. Polislər isə bu göstərişi prosesə ümumiyyətlə heç bir jurnalistin buraxılmamağı kimi başa düşüblər və buna görə jurnalistlər prosesə buraxmayıblar. Mən məsələyə müdaxilə etdikdə isə artıq proses başlamışdı. Bu sırf anlaşılmamazlıq olub”.
Əliyeva bu gün keçirilən proses haqqında əlaqə saxlayacaqları təqdirdə bütün jurnalistlərə məlumat verməyə hazır olduğunu və növbəti prosesdə bu cür problemin yaranmayacağını da vurğuladı.

 

 

Previous Post

AZƏR ƏHMƏDOV FİKRƏT HÜSEYNLİ BARƏDƏ YAYILAN MƏLUMATLARI DEZİNFORMASİYA HESAB EDİR

Next Post

HAKİM AQİL XƏLİLİN MƏHKƏMƏYƏ GƏTİRİLMƏSİ BARƏDƏ QƏRAR ÇIXARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.