AZƏR ƏHMƏDOV FİKRƏT HÜSEYNLİ BARƏDƏ YAYILAN MƏLUMATLARI DEZİNFORMASİYA HESAB EDİR

“Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli artıq bir neçə aydır ki, ölkədə yoxdur.

Hazırda o, Almaniyadadır. “Ria.az” saytının 20 iyun 2008-ci il tarixində Hüseynlinin dostlarına istinadən yaydığı xəbərdə bildirilir ki, jurnalist siyasi sığınacaq almaq üçün Almaniyanın miqrasiya xidmətinə müraciət edib. 
 “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov isə RATİ-yə  yayılmış məlumatın  dezinformasiya olduğunu dedi: “Son zamanlar qəzetimizlə bağlı xeyli dezinformasiyalar yayılır. Aqil Xəlilin sığınacaq istəməsi, burdan qaçmaq istəməsi və sair kimi yalan məlumatlar verilir. İndi isə mətbuata əməkdaşımız Fikrət Hüseynli ilə bağlı yanlış məlumatlar ötürürlər. Fikrət hal-hazırda Türkiyədə qohumlarının yanında istirahət edir. Onun Almaniyaya getməsi tamamilə yanlış məlumatdır”.

Previous Post

MİRZƏ SAKİTİN HƏBSİNDƏN İKİ İL ÖTÜR

Next Post

JURNALİSTLƏR SABİQ NAZİRİN MƏHKƏMƏSİNƏ BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.