JURNALİSTİN VƏSATƏTİ TƏMİN OLUNDU

Dünən (25 yanvar) Bakı Apellyasiya məhkəməsinin hakimi Abid Abdinbəyovun sədrliyi ilə “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərovun verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə zamanı jurnalistin vəkili Rəşid Hacılı  istintaqın səhlənkar yanaşması ilə bağlı vəsatət qaldıraraq məhkəmədən cinayət işinin materiallarının və müstəntiqin məhkəməyə gətirilməsini  istəyib. Bu haqda RATİ-yə məlumat verən Ü.Cəfərov qeyd edib ki, prosesdə maraqlı tərəf kimi iştirak edən Yasamal rayon prokurorunun müavini Rauf Qasımov vəsatətlə razılaşıb. Hakim vəsatəti təmin edib və qərara alınıb ki, növbəti məhkəmə zamanı  cinayət işinin materialları və müstəntiq məhkəməyə gətirilsin. Növbəti məhkəmə prosesi 28 yanvar saat 11:00-a təyin edilib.
Xatırladaq ki, Ü.Cəfərov 20 aprel 2007-ci ildə redaksiyadan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalmışdı.  Faktla bağlı Yasamal rayon 27-ci Polis idarəsində cinayət işi açılsada sonradan istintaq yarımçıq dayandırılmışdır. Bununla bağlı Ü.Cəfərov Yasamal rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsə də, jurnalistin şikayətinin rədd edilməsi haqqında qərar çıxarılmışdı. Ü.Cəfərov bu qərardan Apellyasiya məhkəməsinə şikayət vermişdi.

Previous Post

MİRZƏ SAKİT ACLIĞA BAŞLAYIB

Next Post

SƏFİR “ÇAP EVİ” MƏƏTBƏSİNDƏ APARILAN YOXLAMALARA MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.