SƏFİR “ÇAP EVİ” MƏƏTBƏSİNDƏ APARILAN YOXLAMALARA MÜNASİBƏT BİLDİRİB

APA-nın yaydığı məlumata görə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi “Çap evi” mətbəəsində adi yoxlamalar aparıldığını güman etdiyini söyləyib.

O bildirib ki, ““Çap evi” çox vacib funksiyanı yerinə yetirir. Mətbəədə müxalifət və müstəqil qəzetlər çap olunur. Yaxşı olar ki, Azərbaycanda çoxlu belə mətbəə fəaliyyət göstərsin və medianın azadlığına kömək olsun. Hesab edirəm ki, məlumatın çoxluğu həmişə yaxşıdır”. Səfir onu da qeyd edib ki, “Azərbaycanda medianın durumunu nəzərə alaraq, son prosesləri izləyirik. Dünyanın hər yerində olduğu kimi şirkətlər qanunvericiliyə riayət etməlidir”.
Previous Post

JURNALİSTİN VƏSATƏTİ TƏMİN OLUNDU

Next Post

“BAKI-XƏBƏR” QƏZETİ AĞIR VƏZİYYƏTƏ DÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.