JURNALİSTLƏRƏ MALİYYƏ YARDIMI EDİLİB

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu” İdarə Heyəti jurnalistlərə yardım edib.

Fondun yaydığı məlumatda bildirilir ki, dünən (01 iyun) keçirilən iclasda 6 müraciətə baxılıb və bütövlükdə 2500 AZN həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub.
Fondun Əsasnaməsinin “məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə “Ölkə” qəzetinin redaksiyasına 300 manat, “həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi” bəndinə görə blogger Emin Abdullayevin ailəsinə  400 manat, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 400 manat, “peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi” bəndinə görə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə müalicəsini xaricdə davam etdirməsi üçün 800 manat, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə 300 manat, müstəqil jurnalist Mahal İsmayıloğluna 300 manat məbləğində maliyyə yardımı edilib.
Qeyd edək ki, Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

Previous Post

VƏKİL HƏBSDƏKİ BLOQÇULARLA GÖRÜŞÜB

Next Post

TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİA QİSMƏN TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.