JURNALİSTLƏRƏ NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR YARDIM EDİLİB

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun İdarə Heyətinin martın 17-də keçirilən iclasında “Azadlıq” qəzetinin dünən həbsdən azad olunmuş baş redaktoru Qənimət Zahidə (Zahidova) , hazırda həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin, gənc bloqçular Adnan Hacızadə və Emin Millinin  (Abdullayev) ailələrinə Novruz bayramı münasibətilə 250 AZN məbləğində maliyyə yardımı edilməsi barədə qərar qəbul edilib.

Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, fondun təsisçiləri “Yeni Nəsil” jurnalistlər birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır. Fond Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir.
Previous Post

ELAN!

Next Post

“RƏQƏMSAL İNKİŞAF” İCTİMAİ BİRLİYİ RATİ-NİN OFİSİNDƏ 5 GÜNLÜK TƏLİM KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.