“RƏQƏMSAL İNKİŞAF” İCTİMAİ BİRLİYİ RATİ-NİN OFİSİNDƏ 5 GÜNLÜK TƏLİM KEÇİRİB

Həftənin əvvəlindən başlayaraq “Rəqəmsal İnkişaf” İctimai Birliyinin “Vətəndaş Cəmiyyətinin İKT bacarıqlarının artırılması” layihəsi üzrə vətəndaş cəmiyyəti nümayəndələri üçün RATİ-nin ofisində treninqlər keçirilib.

Layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (Soros Fondu) tərəfindən maliyyələşdirilir. Vətəndaş cəmiyyəti təmsilçiləri və yerli təşkilat nümayəndələrinin iştirak etdiyi treninqlərdə informasiya kommunikasiya texnologiyalarından istifadə, veb-səhifələrin yaradılması kimi vərdişlər aşılanıb. Layihə çərçivəsində yaradılan veb-səhifələrin təqdimatına həsr olunacaq tədbirin keçirilməsi də planlaşdırılır. İctimai Birliyin icraçı-direktoru Ağayeva Könül təmsil etdiyi təşkilatın İKT sahəsində ixtisaslaşdığını və bundan sonra da bu istiqamətdə layihələr həyata keçirmək istədiklərini bildirib.
 
Previous Post

JURNALİSTLƏRƏ NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR YARDIM EDİLİB

Next Post

QƏZETİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ PROSES DAVAM ETDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.