JURNALİSTLƏR MÜKAFATLANDIRILDI

Bu gün (02 may) “Woman’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyi 3 may Beynəlxalq Mətbuat Azadlığı günü münasibəti ilə müxtəlif nominasiyalar üzrə mükafatların təqdimat mərasimini keçirdi.

Mərasimdə çıxış edən təşkilatın idarə heyətinin sədri Sevinc Osmanqızı ötən ilin Azərbaycan mətbuatı üçün ağır il olduğunu və hal-hazırda da jurnalistlərin həbs qaldığını xatırlatdı:

          “Mətbuatın azadlığı günü-gündən daralmaqdadır. Amma nəhəng neft gəlirlərinin Azərbaycana axdığı bir vaxtda ölkəyə azad mətbuat lazımdır”, – deyə o bildirdi.
         Mətbuatın azad olması ilə bağlı çağırışlara qoşulan ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero da mətbuat azadlığı ilə bağlı fikirlərini bölüşdü: ”Mətbuat azadlığı fikirin azad ifadə edilmə formasıdır. Fikir azadlığı bizim ümdə hüququmuzdur”, – deyə o vurğuladı.
           BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Bruno Pueza BMT-nin baş katibi Pan Gi Munun Mətbuat azadlığı ilə bağlı bəyanatından sitat gətirdi: “azad, təhlükəsiz və müstəqil mətbuat sülh və demokratiyanın təməllərindən biridir. Mətbuat azadlığına olan hücum beynəlxalq bəşəriyyətə, azadlığa və ümumiyyətlə BMT-nin təcəssüm etdiyi bütün dəyərlərə qarşı hücumdur”.
Daha sonra tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də  çıxış edərək  jurnalistikanın problemləri ilə bağlı fikirlərini söylədilər.
            Sonda isə  “Zerkalo” qəzetinin siyasi icmalçısı  Rauf Mirqədirov “Jurnalistikada cəsarət” nominasiyası, “Azercell” Telekom şirkəti “Jurnalistikanın inkişafına dəstək” nominasiyası, “Azadlıq” radiosunun kollektivi “İctimai dialoqa xidmət” nominasiyası və “Exo” qəzetinin əməkdaşı Dilbər Axundzadə “Jurnalistikaya sədaqət” nominasiyası üzrə mükafatlandırıldılar.

Previous Post

BUŞ BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ İLƏ BAĞLI BƏYANATINDA AZƏRBAYCANIN ADINI ÇƏKİB

Next Post

NƏCƏF NƏCƏFOV VƏ ELMAR HÜSEYNOVUN QƏBİRLƏRİ ZİYARƏT OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.