NAXÇIVANDA JURNALİSTLƏRƏ TƏZYİQ EDİLİB

Aprelin 22-də  Babək rayon Nehrəm kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasova, Həkimeldostu Mehdiyevə və jurnalist İlqar Nəsibova Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov tərəfindən  təzyiq olunub və onların peşə fəaliyyətlərinə maneçilik törədib. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbiri E.Abbasov bildirib.

 Babək rayon Nehrəm kənd sakini, fermer Zeynalabdin Bağırzadənin şikayəti əsasında kəndə getdiklərini, şikayətçini dinlədikdən sonra  qarşı tərəfin mövqeyini öyrənmək üçün Nehrəm kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin binasına getdiklərini bildirən müxbir deyib: “ Bələdiyyə və İcra nümayəndəsi eyni binada yerləşir. Bələdiyyə sədrini yerində tapa bilmədik. İcra nümayəndəsinin otağına girmək istədikdə bir neçə polis nəfəri ilə birlikdə icra nümayəndəsi Təvəkkül Ələkbərov otaqdan çıxaraq bizə qarşı aqressiya göstərdi. O bizdən binanı tərk etməyimizi tələb etdi. Səbəb kimi isə rayon rəhbərliyi tərəfindən kəndə girmək üçün icazə almadığımızı göstərdi. Biz isə ona mətbuat haqqında qanunu xatırladaraq kəndə girmək və reportaj hazırlamaq üçün rayon rəhbərliyindən icazə almağa borclu olmadığımızı izah etdik. O, bağıraraq əl-qol hərəkətləri ilə diktofonlarımızı söndürməyi, çəkiliş aparmamağı , təkidlə binanı tərk etməyimizi tələb etdi.
E. Abbasov onu da qeyd edib  ki, ərazidə polislər olsa da onların işlərinə polislər tərəfindən müdaxilə edilməyib.

 

 

Previous Post

LEYLA YUNUS İTTİHAM EDİLƏN DİNDARLAR POTENSİAL SİYASİ MƏHBUSLARDIR

Next Post

JURNALİST ƏFQAN MUXTARLININ AİLƏSİNƏ POLİS TƏZYİQ OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.