SULUTƏPƏDƏ APARILAN SÖKÜNTÜDƏN REPORTAJ HAZIRLAYAN JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

Bu gün  Binəqədi rayon Xocasən qəsəbəsi və qəsəbənin Sulutəpə yaşayış  massivində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi təyinatlı qüvvələri, ağır texnika vasitəsilə fərdi yaşayış evlərini sökməyə başlayıblar.

Söküntü əsasən Sulutəpədə yerləşən 313 saylı orta məktəbin ətrafında və yeni tikilməkdə olan Moskva Dövlət Universiteti kompleksi ətrafında həyata keçirilib.

Belə ki, evlərin sökülməsinə etiraz edən əhali ilə ARDNŞ xüsusi təyinatlıları arasında ayrı-ayrı məhəllələrdə toqquşmalar baş verdi. Çoxsaylı yerli sakin ağır travma aldı, habelə ARDNŞ əməkdaşları hadisə yerindən reportaj hazırlayan “Ayna”-“Zerkalo” qəzetlərinin, o cümlədən RATİ-nin əməkdaşı İdrak Abbasova da fiziki təzyiq göstəriblər, onu ölümlə hədələyiblər və ağır ifadələrlə təhqir ediblər. Habelə ARDNŞ əməkdaşları jurnalistə məxsus avtomobili də əziblər. Habelə mülki geyimli bir şəxs “Azadlıq” qəzetinin əməkdaşı Esmira Cavadovanın əlindən videokameranı alaraq qaçıb. Amma yerli sakinlər həmin şəxsi təqib edərək kameranı geri almağa müvəffəq olublar.

Yerli əhalinin sözlərinə görə, onlara evlərinin söküləcəyi barədə hər hansı xəbərdarlıq edilməyib. Sadəcə hərbi geyimli,  rezin dəyənəkli xüsusi təyinatlılar evlərin ya pəncərə, ya da qapılarını qıraraq içəri daxil olur. Sakinləri döyərək evdən çıxardıqdan sonra evləri əşyalarının üstünə uçururlar. Habelə ARDNŞ əməkdaşları xeyli yeni tikilən ev də söküblər.

Ərazidə söküntü işlərini aparan ARDNŞ nümayəndələri, “dövlət tədbirini həyata keçiririk  deməklə kifayətləniblər.

Eyni zamanda ərazidə çoxsaylı polis əməkdaşları da olub. Praktik olaraq polis əməkdaşları hadisələri kənardan müşahidə edib və ya neft şirkəti əməkdaşları ilə əhali arasında münaqişələrin qarşısını almağa cəhd edirdilər.

Belə ki, evlərin sökülməsinə etiraz edən əhali ilə ARDNŞ xüsusi təyinatlıları arasında ayrı-ayrı məhəllələrdə toqquşmalar baş verdi. Çoxsaylı yerli sakin ağır travma aldı, habelə ARDNŞ əməkdaşları hadisə yerindən reportaj hazırlayan “Ayna”-“Zerkalo” qəzetlərinin, o cümlədən RATİ-nin əməkdaşı İdrak Abbasova da fiziki təzyiq göstəriblər, onu ölümlə hədələyiblər və ağır ifadələrlə təhqir ediblər. Habelə ARDNŞ əməkdaşları jurnalistə məxsus avtomobili də əziblər. 

Previous Post

HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİNİN SƏDRİ İNTİQAM ƏLİYEV İLƏ MÜSAHİBƏ

Next Post

BAKIDA “ONLAYN AZADLIQ: İNERNETİN ÖZÜNÜTƏNZİMLƏMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.