JURNALİSTLƏR YASAMAL RAYON MƏHKƏMƏSİ QARŞISINDA AKSİYA KEÇİRƏCƏKLƏR

Bu gün (8 dekabr)  “Yeni Müsavat” qəzetinin redaksiyasında nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini məhkəməyə verməsi ətrafında müzakirələr keçirilib(“Mediaforum”).

“Yeni Müsavat”ı bu məhkəmədə təmsil edən Pənah Hüseynin, “Dalğa” Gənclər Hərəkatının sədri Ramin Hacılının və hərəkat üzvlərinin, jurnalistlərin iştirakı ilə keçirilən müzakirə zamanı bir sıra təkliflər irəli sürülüb.

“Musavat.com” saytının məlumatına görə, qərara alınıb ki, dekabrın 10-na təyin olunan məhkəmə iclasından əvvəl Yasamal Rayon Məhkəməsinin qarşısında etiraz aksiyası keçirilsin.

Qeyd edək ki,  məhkəmə prosesi 10 dekabr saat 11:30-da keçiriləcək.

 Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edir.

 

            Qeyd edək ki, “Kəmaləddin Heydərovun ayısını yedilər” məqalələrdə iş adamı Anar Məmmədovun  Qəbələ rayonunda yerləşən istirahət mərkəzlərinin birində saxlanılan ayını bir milyon manat qarşılığında kəsdirərək yeməsindən söz açılır, digər məqalədə isə Anar Məmmədovun dostları ilə Dubaydan ictimai qaydaları pozmasına görə qovulduğu bildirilir.

 

            Hər iki qəzet 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunurlar.

 

Previous Post

HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF EDİB

Next Post

AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ DURUMUNA DAİR KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.