JURNALİSTİN VƏKİLİ OLMADIĞINA GÖRƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINIB


Yanvarın 14-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Xeber44.com” saytının rəhbəri jurnalist Araz Quliyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin qardaşı Azər Quliyev məlumat verib. O bildirib ki, Araz Quliyevi məhkəmədə müdafiə edəcək vəkil olmadığı üçün məhkəmənin hazırlıq iclası 21 yanvar saat 11:00-a qədər təxirə salınıb. Jurnalistin qardaşı onu da əlavə edib ki, məhkəmə dövlət tərəfindən vəkil təyin olunmasını təklif etsə də, Araz Quliyev imtina edib.

Xatırladaq ki, Araz Quliyev sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub. Dekabrın 11-də isə jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan ittihamlar irəli sürülüb. Araz Quliyev bu ittihamlarla razılaşmayaraq, həbsinin jurnalist fəaliyyəti və dindar olması ilə bağlı olduğunu bildirir.

Previous Post

“XƏYAL” TV-NİN ƏMƏKDAŞLARININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

RATİ GƏNCLƏRİN MEDİA MƏRKƏZİ LAYİHƏSİ ÜZRƏ QALİBLƏRİ MÜKAFATLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.