ÖTƏN İL MƏHKƏMƏYƏ BURAXILMAYAN JURNALİSTLƏR AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİBLƏR

2007-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsinə buraxılmayan bir qrup jurnalist bununla bağlı

Avropa İnsan Haqları Məhkəməsinə şikayətlə müraciət edib. Bu barədə RATİ-yə məlumat verən Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin sözlərinə görə, şikayət onun rəhbərlik etdiyi qurum tərəfindən hazırlandıqdan sonra Avropa Məhkəməsinə təqdim olunub. Belə ki, jurnalistlərin məhkəməyə buraxılmamağı ilə bağlı verdikləri iddia ölkədaxili məhkəmələrdə təmin edilməyib.
    Xatırladaq ki, Elşad Məmmədli ("Yeni Müsavat"), Elşən Məmmədəliyev ("Gündəlik Azərbaycan"), Təranə Kazımova ("Turan" İnformasiya Agentliyi), Fikrət Hüseynli ("Azadlıq" qəzeti), Çingiz Sultansoy ("Realnıy Azerbaydjan"), Hacı Zeynalov ("Ayna” – “Zerkalo"), Vazeh Mehdiyev ("Bakı-Xəbər"), Ramiz Nəcəfli (müstəqil jurnalist), Səbuhi Nəsibov ("Zerkalo") Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə və həmin məhkəmənin hakimlərinə (F. Qasımov, A. Orucov, H. Əhmədov), o cümlədən Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (fikir ifadə etmək azadlığı) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozulması ilə əlaqədar iddia qaldırmışdılar.

Previous Post

JMK AQİL XƏLİLİN MƏCBURİ QAYDADA MƏHKƏMƏYƏ GƏTİRİLMƏSİ BARƏDƏ QƏRARI PİSLƏYİR

Next Post

TERRİ DEVİS AZƏRBAYCAN HAKİMİYYƏTİNİN TÖVSİYƏLƏRƏ CİDDİ YANAŞACAĞINA ƏMİNDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.