JMK AQİL XƏLİLİN MƏCBURİ QAYDADA MƏHKƏMƏYƏ GƏTİRİLMƏSİ BARƏDƏ QƏRARI PİSLƏYİR

Jurnalistlərin Müdafiə Komitəsinin (JMK) yaydığı məlumatda bildirilir ki, təşkilat Nəsimi Rayon Məhkəməsi tərəfindən

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin məcburi  qaydada məhkəməyə gətirilməsini nəzərdə tutan qərarın çıxarılması ilə bağlı bəyanat yayıb.
     “Məhkəmənin bu qərarı ilə Azərbaycanın məhkəmə sistemi faktiki olaraq bizim həmkarımız Aqil Xəlilin yerdəyişmə azadlığına qarşı hakimiyyət tərəfindən qoyulan qeyri-qanuni qadağanı sanksiyalaşdırıb. Bu şübhəsiz ki, Aqil Xəlilin Azərbaycan hakimiyyəti tərəfindən sıxışdırılma siyasətinin davamıdır. Biz Nəsimi Rayon Məhkəməsini hakimiyyətin təzyiqi qarşısında öz müstəqilliyini nümayiş etdirməyə və Xəlilə müttəhim kimi deyil, zərərçəkmiş şəxs kimi münasibət göstərməyə çağırır”, – deyə bəyanatda bildirilir.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

ÖTƏN İL MƏHKƏMƏYƏ BURAXILMAYAN JURNALİSTLƏR AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.