Bu gün (8 dekabr) Media Mərkəzində “Siyasi və Mülki Hüquqların Müdafiəsi” ictimai birliyi 1948-ci ildə BMT-nin qəbul etdiyi İnsan Haqları Bəyannaməsinin növbəti ildönümü ilə bağlı Azərbaycanda insan haqlarının durumuna dair mətbuat konfransı keçirib.
Daha sonra Azərbaycanda insan haqlarının durumu müzakirə edilib və Konstitusiyada təsbit edilməsinə baxmayaraq ölkədə insan haqlarının ağır durumda olduğu vurğulanıb. İfadə, söz, sərbəst toplaşma azadlığının hakimiyyətin daimi basqısı altında olduğu qeyd edilib.
Tədbirdə Azərbaycanda 20 nəfər siyasi məhbusun olduğu nəzərə çatdırılıb və jurnalist Eynulla Fətullayevin, habelə digər siyasi məhbusların azad edilməsində hüquq müdafiəçilərinin vahid mövqedə olduqları deyilib.
Hüquq müdafiəçisi Novella Cəfəroğluda həbsdə olan jurnalist Eynulla Fətullayevin azad edilməsinin vacibliyini diqqətə çatdırıb.
Eynulla Fətullayevin atası Emin Fətullayev də ölkədə insan haqlarının qorunması üçün hamını həmrəyliyə çağırıb.
Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,680/lang,az/