HAKİM JURNALİSTLƏRİN AÇIQ MƏHKƏMƏ İCLASINDA İŞTİRAKINA İCAZƏ VERMƏYİB

Bu gün  (29 oktyabr) Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi  İslam Nemanov bir qrup jurnalistin açıq keçirilən məhkəmə prosesində iştirakına icazə verməyib və onları əsassız olaraq zaldan çıxarılmasına göstəriş verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov məlumat verib. Jurnalistin sözlərinə görə, “Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova, “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Balaxanlı (Məmmədov) və özü Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin qətli ilə bağlı cinayət işi üzrə keçirilən məhkəmə prosesində iştirak etmək istəsələr də, buna şərait yaradılmayıb.

“Proses başladıqdan sonra hakim bizim kimliyimizlə maraqlandı. Biz jurnalist olduğumuzu bildirdik və vəsiqələrimizi təqdim etdik. Bundan sonra heç bir səbəb göstərmədən bizi məhkəmə zalından uzaqlaşdırdılar”,  –  deyə H.Zeynalov vurğuladı.

Xatırladaq ki, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-i səhər saatlarında Bakıda odlu silahla qətlə yetirilib.

 

Previous Post

SƏDƏRƏKDƏ JURNALİSTİN SEÇKİ MƏNDƏQƏLƏRİNƏ DAXİL OLMAĞINA QADAĞA QOYULUB

Next Post

125 SAYLI DAİRƏDƏ YAP NAMİZƏDİNİN SEÇKİ QƏRARGAHINA KİM RƏHBƏRLİK EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.