SƏDƏRƏKDƏ JURNALİSTİN SEÇKİ MƏNDƏQƏLƏRİNƏ DAXİL OLMAĞINA QADAĞA QOYULUB

1 saylı Şərur – Sədərək Dairə Seçki Komissiyasının (DSK) sədri Asəf Musayev Məntəqə Seçki Komissiyalarına (MnSK) yerli müxbirləri seçki komissiyalarına buraxmamaq barədə göstərişi verib. Bu səbəbdən dünən (29 oktyabr) seçkilərlə bağlı reportaj hazırlamaq istəyən RATİ-nin Naxçıvandakı müxbiri, eyni zamanda “Yeni Müsavat” qəzetinin MR üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyev həmin DSK-nın ərazisindəki 1-3 saylı məntəqəsinə buraxılmayıb.

Seçki məntəqəsinin sədr və katibi ona qarşı kobudluq edib. Məlumatı RATİ-yə müxbirin özü deyib.

“Seçici siayahilarının vəziyyəti ilə tanış olmağa görə, seçki məntəqəsinə daxil olarkən məni saxladılar və bildirdilər ki, sən məntəqəyə daxil ola bilməzsən. Mən jurnalist vəsiqəmi göstərdim. Onlar məni yaxşı tanıdıqlarını bildirdilər və dairə sədrinin məni məntəqələrə buraxmamaq barədə göstərişi verdiyini dedilər. Məndən təcili ərazini tərk etməyi tələb etdilər. Seçki məntəqəsinin sədrinə və katibinə Seçki Məcəlləsinin 43-cü maddəsini xatırladaraq, jurnalistin məntəqəyə buraxılmamasının Azərbaycan Seçki Məcəlləsinə zidd olduğunu bildirsəm də onlar ərazini təcili tərk etməyimi israr edərək mənə qarşı kobudluq etdilər”, – deyə H.Mhdiyev qeyd edib.

Məsələ ilə bağlı müxbirimiz telefon vasitəsi ilə 1 saylı Şərur-Sədərək DSK-sının sədri Asəf Musayevlə əlaqə saxlayıb.”Həkimeldostunun seçki məntəqəsinə girməyə ixtiyarı yoxdur. Getsin MSK-da qeydiyatdan keçsin ”, – deyə  A. Musayev deyib.

Müxbirimiz ona H. Mehdiyevin jurnalist olduğunu  və Azərbaycan Respublikasının Seçki Məcəlləsində mətbuat işçilərindən MSK-da qeydiyatdan keçməyi tələb olunmadığını xatırlatsa da, A.Musayev MSK-da qeydiyatdan keçməmiş lurnalistlərin seçki məntəqələrinə buraxılmayacağını israr edib.

Azərbaycan Respublikasının MSK-dan isə müxbirimizə jurnalistlərin seçkilərlə bağlı MSK-da qeydiyatdan keçməsinin tələb olunmadığı bildirilib.

Previous Post

JURNALİSTLƏR ACLIQ AKSİYASINI DAYANDIRDILAR

Next Post

HAKİM JURNALİSTLƏRİN AÇIQ MƏHKƏMƏ İCLASINDA İŞTİRAKINA İCAZƏ VERMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.