HAKİM RATİ ƏMƏKDAŞLARINI İSTİNTAQ TƏCRİDXANASINA BURAXMADI

Bu gün (25 fevral) Səbail Rayon Məhkəməsində hakimi Elnur Həsənovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin Ədliyyə Nazirliyinə, Ədliyyə nazirliyinin Penitensiar Xidmətinə və 1 saylı İstintaq Təcridxanasına qarşı, həbsdə saxlanma şəraitinin qanunsuz hesab olunmasına dair qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirilib.

Proses iddiaçıların ötən məhkəmə prosesində verdikləri vəsatətlə əlaqədar 1 saylı İstintaq Təcridxanasında keçirilib.
Y. Ağazadənin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi xəbərə görə, 1 saylı İstintaq Təcridxanasına baxış keçirərkən onların saxlandığı 35 və 37 nömrəli kameraların təmir olunması və yeni yataq dəstləri ilə təmin edilməsi məlum olub.
RATİ əməkdaşları da 1 saylı İstintaq Təcridxanasına keçirilən baxışda iştirak etmək üçün məhkəməyə müraciət etmişdir. Lakin hakim E. Həsənov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 79-cu maddəsini əsas gətirərək baxışda yalnız tərəflərin iştirak etməsinin mümkün olduğunu bildirib.
Qeyd edək ki, 16 fevral 2009-cu il tarixində keçirilmiş məhkəmə prosesində iddiaçılar R. Kəbirli və Y. Ağazadə vəsatətlə çıxış edərək, məhkəmədən 1 saylı İstintaq Təcridxanasına baxış keçirməyi, orada saxlanılan şəxslərin siyahısını öyrənməyi, saxlanma kameralarının fotoşəkillərini çəkməyi, kameraların ölçü və sxemi ilə yerində baxış keçirilərək tanış olmağı  xahiş etmişdilər.
Previous Post

MİRZƏ SAKİT “AZADLIQ” QƏZETİNDƏN NARAZIDIR

Next Post

MİRZƏ SAKİT “AZADLIQ” QƏZETİNDƏN NARAZIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.