MİRZƏ SAKİT “AZADLIQ” QƏZETİNDƏN NARAZIDIR

Mirzə Sakit “Azadlıq” qəzetinin rəhbərliyinin ona qarşı olan laqeyd münasibətindən narazıdır.

Bu xəbəri Reportyorların Azadlıq Və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (25 fevral) 10 saylı cəzaçəkmə müəssisəsində caza çəkən jurnalistlə görüşən həyat yoldaşı R. Zahidova verib. M. Sakitin səhhətinin və saxlanılma şəraitinin normal olduğunu bildirən R. Zahidova, jurnalistin yalnız əməkdaşı olduğu “Azadlıq” qəzetindən narazı olduğunu deyib. Belə ki, M. Sakiti əsas narahat edən məsələ, son zamanlar yazdığı şeirlərin “Azadlıq” qəzetində çap edilməməsi və qəzet rəhbərliyinin onu ailəsinə yardım etməməsidir. Lakin M. Sakit ruhdan düşmədiyini bildirib və bütün demokratik qüvvələrin mübarizəni daha da intensiv aparmaqlarını arzu etdiyini söyləyib.
Bundan başqa M. Sakit görüş zamanı hüquq müdafiəçiləri ilə də görüşmək istədiyini bildirib.
Xatırladaq ki, M. Sakit  2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub  və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

HAKİM RATİ ƏMƏKDAŞLARINI İSTİNTAQ TƏCRİDXANASINA BURAXMADI

Next Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANDA İNSAN HAQLARI ÜZRƏ VƏZİYYƏTİN PİSLƏŞDİYİNİ BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.