ƏVƏZ ZEYNALLI BARƏSİNDƏ SEÇİLMİŞ HƏS QƏTİMKAN TƏDBİRİ UZADILDI

 Bu gün Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Baş Prokurorluq yanında  Korrupsiyaya Qarşı Mübarizə  İdarəsinin  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində seçilmiş  həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətinə əsasən məhkəmə prosesi keçirilib.

Əvəz Zeynallının vəkili Elçin Sadıqov baş redaktoru barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. Vəsatətə əsasən yanvarın 18-də saat 14.30-da məhəkəmə prosesinin keçiriləcəyini bildirən hakim baş redaktorla bağlı həbs qətimkan tədbirini 3 ay uzadıb.

Xatırladaq ki oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər. 1 dekabr 2011-ci ildə Nəsimi rayon Məhkəməsi  seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi barədə qərar çıxarıb.

Previous Post

“ASİ” QƏZETİNİN BAŞ REDAKTORU PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Next Post

ALİ MƏHKƏMƏ ŞƏMKİR SAKİNİNİN ÜMİDİNİ DOĞRULTMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.