“ASİ” QƏZETİNİN BAŞ REDAKTORU PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

“ASİ”qəzetinin baş redaktoru Anar Mahmudoğlu dövlət başçısı İlham Əliyevə müraciət edib. Bu barədə xural.com saytı məlumat verib. Məlumatda qeyd olunur ki, A. Mahmudoğlu qəzetin çapına qoyulan qeyri-rəsmi qadağanın aradan qaldırılmasını xahiş edib.

 “2011-ci ilin dekabrın 4-də ilk sayı işıq üzü görən həftəlik “ASİ” (“Azad Söz İnqilabçıları”) qəzetini çap edən “E.Q” mətbəəsi dekabrın 7-də yenicə bağlanmış bir illik müqaviləni səbəb gətirmədən pozaraq, qəzetin nəşrindən imtina etmişdir. “ASİ” qəzetinin çapı üçün müraciət edilən digər mətbəələr də rəsmi olaraq heç bir səbəb göstərmədən qəzeti dərc etmirlər. Dekabrın 8-də “ASİ” qəzetinin nəşri üçün Azərbaycan Nəşriyyatına rəsmi müraciət edilib, lakin bu dövlət nəşriyyatı da qəzeti dərc etmir və imtinanı səbəbi ilə bağlı heç bir rəsmi cavab vermir. Şifahi danışıqlarda mətbəə sahibləri bu imtinanın səbəbi barədə bildirirlər ki, “ASİ” qəzetini çap etməmək haqda Prezident Administrasiyasından qeyri-rəsmi göstəriş alıblar və buna görə də qəzeti dərc etmələri mümkün deyil”, – deyə müraciətdə bildirilir.

Qeyd edək ki, mətbəələr “Xural” və “ASİ” qəzetlərinin çapından imtina edirlər. Mətbəələr hər iki qəzetin çap edilməsinə qadağanın Prezident Administrasiyası tərəfindən qoyulduğunu bildiriblər. “Azərbaycan” Nəşriyyatı isə edilən müraciətlərə cavab verməkdən imtina edib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 4-dən “Xural” qəzetinin  kollektivi  “Asi” (Azad Söz İnqilabçıları)  qəzetinin nəşr etdirmişdi.

Previous Post

DÖVLƏT STRUKTURLARININ SAYTLARI DAĞIDILIB

Next Post

ƏVƏZ ZEYNALLI BARƏSİNDƏ SEÇİLMİŞ HƏS QƏTİMKAN TƏDBİRİ UZADILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.