Bu gün (05 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Səyyarə Heydərova barəsində açılmış cinayət işi ilə bağlı məhkəmə prosesində ortaya çıxan yeni faktlarla bağlı mətbuat konfransı keçirdi.
Xatırladaq ki, Suraxanı rayon Məhkəməsi vətəndaş Səyyarə Heydərovanı 4 nəfər kişini döyməkdə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1, 221.2, 221.3 maddələrinə əsasən ona bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsi barədə hökm çıxarıb.