HAKİM FƏTULLAYEV BARƏDƏ QANUNAZİDD ŞƏKİLDƏ QƏRAR VERMƏSİNİ İZAH ETMƏYƏ HAQQININ ÇATMADIĞINI DEYİR

“Eynulla Fətullayev barədə qəbul etdiyimiz qərar jurnalistlərin şişirtmələrinə görə müzakirələrə şərhlərə səbəb olub. Bizim qərarımız var, Qaradağ rayon Məhkəməsinin Eynulla Fətullayev barədə çıxardığı qərarı dəyişdirmədən qüvvədə saxlanılıb”. Bunu  Bakı Apellyasiya Məhkəməsində jurnalist Eynulla Fətullayevin şikayətinə baxmış hakim Mirpaşa Hüseynov   “Media forum”  xəbər saytına deyib.

Məhkəmə qərarının iş gününün başa çatmasından sonra qəbul olunmasına, Eynulla Fətullayevə və vəkillərin çıxış etməsinə şərait yaratmamasına gəlincə, Mirpaşa Hüseynov deyib ki, bu suala cavab verə bilməz: “Buna ixtiyarım yoxdur. Bizim qərar var və əgər narazı qalsalar, Ali Məhkəməyə şikayət vermək hüquqları var. Bakı Apellayasiya Məhkəməsinin qərarı qanunla nəzərdə tutulan müddətdə Eynulla Fətullayevə və vəkillərinə veriləcək. Mənim fikirlərim qərarda öz əksini tapacaq”, – deyə Hüseynov  əlavə edib.

            Qeyd edək ki, yanvarın 25-də iş saatı bitdikdən sonra hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi ciddi qanun pozuntuları ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin  Qaradağ rayon Məhkəməsinin haqqında çıxardığı həbs qərardan verdiyi apellyasiya şikayətini rədd edən qərar verib.  Cəza Qaradağ rayon Məhkəməsinin hökm çıxardığı gündən, yəni 2010-cu il iyulun 6-dan hesablanır. Eyni zamanda proses zamanı Eynulla Fətullayevə və onun vəkili Anar Qasımova çıxışı üçün imkan yaradılmayıb, prosesdə jurnalistlərə audio yazı, foto və video çəkiliş üçün imkan verilməyib.

Xatırladaq ki,  Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.  Hazırda isə jurnalist  qondarma narkotik ittihamı ilə həbsdə saxlanılır.

Previous Post

HƏRBİ HİSSƏ KOMANDİRİ JURNALİSTİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏYİB

Next Post

JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.