HƏRBİ HİSSƏ KOMANDİRİ JURNALİSTİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏYİB

Yanvarın 28-də Gədəbəydəki N saylı hərbi hissənin komandiri Asif Fərəcov "MilAz" İnformasiya Agentliyinin baş direktoru Cəsur Sümərinlini (Məmmədov) hədələyib.  Bu barədə RATİ-yə məlumatı C.Sümərinlinin özü verib.

Jurnalistin sözlərinə görə, yanvarın 27-də Gədəbəy rayonunun Nova-Saratovka kəndinin bir qrup sakini “MilAz” İnformasiya Agentliyinə müraciət edib. Müraciətdə  komadirinin qanunsuz olaraq  hərbi hissəyə bitişik mağaza və yeməkxana tikdirməsindən söhbət gebib.

"Asif Fərəcov  mənə telefon zəngi zamanı bildirdi ki, o böyük bir bölgənin sahibidir və onun haqqında məlumatı hansı haqqla verdiyimizlə bağlı mənə sual verdi, habelə məni məhkəmə ilə hədələdi”, – deyə C.Sümərinli vurğuladı.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev isə RATİ-nin əməkdaşı ilə telefon söhbətində hərbi hissə komandirinin jurnalisti hədələmədiyini dedi: “Komandirlə mən də danışmışam. Sadəcə o jurnalistə məlumatı yoxladıqdan sonra dərc etməyi məsləhət bilib  və ona yoxlanmamış məlumatı dərc etdiyi  üçün məhkəməyə müraciət ede biləcəyini deyib”.

 

Previous Post

RESPUBLİKA PROKURORLUĞU BƏXTİYAR HACIYEVLƏ BAĞLI AÇIQLAMA YAYIB

Next Post

HAKİM FƏTULLAYEV BARƏDƏ QANUNAZİDD ŞƏKİLDƏ QƏRAR VERMƏSİNİ İZAH ETMƏYƏ HAQQININ ÇATMADIĞINI DEYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.