HAKİM MÜŞAHİDƏÇİYƏ „BUNDAN SONRA PROSESLƏRƏ GƏLMƏ” ƏMRİNİ VERİB

Bu gün (13 iyun) Binəqədi rayon Məhkəməsində hakim Allahverən Həsənovun sədrliyi ilə Fətəliyev Əsir Bəsir oğlunun 27 saylı dövlət notariat kontorunun dövlət notariusuna qarşı „notariusun qanunusuz əməlinə görə şikayətçiyə dəymiş maddi ziyanın ödənilməsi" iddiası əsasinda keçirilən açıq məhkəmə prosesində müşahidəçi qismində  iştirak edən Azərbaycan Hüquqçular Assosiyasiyasının nümayəndəsi Günel Hacıbəyli əsasız olaraq zaldan çixarılib.

Bu barədə RATİ-yə Günel Hacıbəylinin özü məlumat verib.

Günel Hacıbəylinin sözlərinə görə, hakimin göstərişindən sonra o,  zalı tərk edib. Amma sonra katib onu çağıraraq  hakimin onu görmək istədiyini bildirib. „Geri qayıdanda  hakim mənə dedi ki, „siz özünüzü təqdim etməlidiniz və ona görə də sizi zaldan çıxartdım. Sonra vəsiqəmi məndən alaraq üzünü çıxartmaq üçün katibə verdi . Daha sonra məndən bu gün üçün təyin olunmuş digər proseslərdə də qalmağımı istədi. Mənə təmsil olunduğum təşkilatdan  başqa tapşırığım  verildiyini deyəndə isə o, cavab bildirdi ki, „niyə o biri peroseslərdə oturmursunuz, çünki bu prosesə sifarişlə  gəlmisiniz". Bütün bu olanlardan sonra katib vəsiqəmi gətirdi. Mən otaqdan çıxan zaman isə hakim mənə „bundan sonra proseslərə gəlmə" əmrini verdi", – deyə Günel Hacıbəyli qeyd etdi.

Previous Post

JURNALİSTİN POLİSƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN OLUNMADI

Next Post

RATİ SƏDRİ EMİN HÜSEYNOV REANİMASİYAYA YERLƏŞDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.