Xatırladaq ki, E.Həsənov 2006-cı il noyabr ayının 23-də "Azadlıq" qəzeti redaksiyası, AXCP, "Turan" İnformasiya Agentliyi və digər qurumlarin Xaqani 33 ünvanından zorla çıxarılmasına etiraz əlaməti olaraq "Azadlıq" siyasi partiyalar blokunun təşkil etdiyi etiraz aksiyasında jurnalist kimi iştirak edib və bu zaman o polis tərəfindən saxlanılaraq 10 sutka müddətinə həbs edilib. Bununla bağlı jurnalist 2007-ci ilin yanvar ayında Səbail rayon məhkəməsində 9-cu Polis Bölməsinin rəisi Həsən Abdullayevə və Polis Bölməsinin digər əməkdaşlarına qarşı cinayət işinin açılması tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim etmişdi. İddianın təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə işi icraata götürməmişdi. Yalnız Həsənovun Məhkəmə Hüquq Şurasına müraciətindən sonra iddia icraata götürülmüşdü.