QƏNİMƏT ZAHİDƏ HÖKM OXUYAN HAKİM İŞDƏN AZAD EDİLDİ

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi qurama ittihamlar əsasında 4 il müddətinə azadlıqdan məhrum etmiş Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Bu qərar Məhkəmə Hüquq Şurasının fevralın 4-də keçirilmiş iclasında qəbul olunub.

S.Məmmədovanın hakimlik səlahiyyətlərinə xitam verilməsinə səbəb kimi ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiyi göstərilir.  Keçirilən iclasda S.Məmmədova ilə yanaşı Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Qəhrəmanovanın və Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Kərimovun da hakimlik fəaliyyətinə xitam verilməsi, eləcə də Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana İsmayılovanın və Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovanın intizam qaydasında iş yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınan Qənimət Zahid (Zahidov) 2007-ci ilin noyabr ayında həbs olunub. CM- nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“TƏZADLAR” QƏZETİNİN MƏTBUAT ŞURASI İLƏ MƏHKƏMƏSİ BAŞLADI

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.