JURNALİST ONA QARŞI ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ DƏYİŞDİRİLDİYİNİ İDDİA EDİR

 Masallı rayon Məhkəməsinin 14 dekabr 2010-cu il tarixində  Milli Məclisin deputatı Novruzəli Aslanovun  "Tribuna" İnformasiya Agentliyinin (www.tia.az) baş redaktoru Əlişir Əhədə qarşı qaldırdığı iddiasına əsasən çıxarılan qərarda əsaslı dəyişikliklər edilib. Bu barədə bu gün (27 dekabr)    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Əlişir Əhədin özü məlumat verib.

 “Qərarı oxuyarkən orada bir sıra dəyişikliklərin, yəni  10 000 (on min) manat cərimə və təkzib verilməsinin bildirildiyini gördüm. Halbuki,   hakimin  14 dekabr 2010-cu ildə çıxardığı qərarda 20 min manat məbləğində cərimə edilməsi və təkzib verilərək üzr istənilməsini bildirmişdi”- deyə qeyd edən  Ə.Əhəd qərarla bağlı tezliklə apellyasiya şikayəti veriləcəyini bildirdi.

Xatırladaq ki, deputat Novruzəli Aslanov  13 noyabr 2010-cu il tarixində  "Tribuna" İnformasiya Agentliyinin  (tia.az) saytında gedən “86 saylı dairədə daş qayaya rast gəlib” başlıqlı yazıda onun şərəf və ləyaqətinin  təhqir edildiyini əsas gətirərək, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə jurnalistin cəzalandırılması və 20 000 (min) manat məbləğində cərimə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

 

Previous Post

ATASINA EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞ VERİLMİR

Next Post

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI TƏRƏFİNDƏN ELAN EDİLMİŞ RADİO MÜSABİQƏSİNƏ SƏNƏD QƏBULU BAŞA ÇATIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.