MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI TƏRƏFİNDƏN ELAN EDİLMİŞ RADİO MÜSABİQƏSİNƏ SƏNƏD QƏBULU BAŞA ÇATIB

 Dekabrın 25-də radio yayımı üçün 103.3 tezlik resursuna elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb. Bu barədə məlumat Milli Televiziya və  Radio Yayım Şurasının saytında yerləşdirilib.

Məlumata görə, radio yayımı üçün 103.3 tezlik resursuna elan edilmiş müsabiqədə üç iddiaçı, yəni iki  hüquqi şəxs –  “Golden Prince” MMC (“Azad Xəbər”), “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” MMC (“Radio Obyektiv”)  və bir fiziki şəxs – Cəfərov Rəsul Ağahəsən oğlu (“Alternativ radio”) sənədlərini Şuraya təqdim etmişdir. Şura tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 1 ay müddətində müsabiqənin nəticələrinə baxılacaq və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanununun 15.5-ci maddəsinin və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"-nın tələblərinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
            Qeyd edək ki, radio yayımı üçün 103.3 tezlik resursuna müsabiqə 25 noyabr tarixində elan edilmişdi və bu  müsabiqənin nəticələri 1 ay ərzində açıqlanacaq.
Previous Post

JURNALİST ONA QARŞI ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ DƏYİŞDİRİLDİYİNİ İDDİA EDİR

Next Post

ATASINA EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞ VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.