ANS-in “Yeni Müsavat”a qarşı məhkəməsi başlayıb

Aprelin 1-də Xətai Rayon məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə ANS PRESS Nəşriyyat evi” MMC -nin “Yeni Müsavat” qəzetinə və “aznews.az” internet saytına  qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib. Bu barədə bu gün (2 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

V. Hüseyn bildirdi ki, “aznews.az” saytının nümayəndəsi məhkəmədə iştirak etməyib.

“İddiaya səbəb olan yazını “aznews.az” saytına istinadən hazırlamışdıq. Müdafiə tərəfi olaraq, qəzetə qarşı qaldırılan iddianın yanlış olduğunu məhkəməyə bildirdik. Hakim S. Səlimova növbəti prosesi 22 aprel saat 15:00-a təyin etdi”, –deyə Vaqif Hüseyn qeyd edib.

 Xatırladaq ki,  ANS PRESS Nəşriyyat evi” MMC-nin iddiasına səbəb “Yeni Müsavat” qəzetinin 1 yanvar 2013-cü il tarixli sayında gedən  “ANS-in iki jurnalı bağlandı” adlı yazı səbəb olub. İddiaçı tərəf məhkəmə iddiasında “aznews.az” saytından 100 min manat, “Yeni Müsavat” qəzetindən isə 20 min manat təzminat, eləcə də, hər iki cavabdehdən təkzib tələb edir.

Previous Post

RATI-2012-illik Maliyyə Vəziyyəti Haqqında Hesabat

Next Post

Fərəməz Novruzoğlunun apelyasiya şikayəti təmin edilməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.