ƏDLİYYƏ NAZİRLİYİ SMM-İN TƏKRAR QEYDİYYATA ALINMASINDAN İMTİNA ETDİ

Ədliyyə Nazirliyi Seçki Monitorinq Mərkəzini (SMM) qeydiyyata almaqdan imtina edib. RATİ-yə daxil olan press-relizdə bildirilir ki, SMM-in təsisçiləri təşkilatın yenidən qeydiyyata alınması üçün 11 avqust 2008-ci il tarixində  Ədliyyə Nazirliyinə müraciət ediblər.

3 noyabr  2008-ci il tarixində isə Ədliyyə Nazirliyi SMM yenidən qeydiyyata alınması üçün təqdim edilən sənədləri geri qaytarılıb. Buna səbəb kimi isə təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı göstərilib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Qeydiyyatı İdarəsi Mülki Məcəllənin 59-cu (hüquqi şəxsin ləğvi) maddəsini rəhbər tutaraq  SMM-in qeydiyyatı zamanı təsisçilər barədə səhv məlumat verdiyinə, Ədliyyə Nazirliyini  xəbərdar etmədən regionlarda 8 nümayəndəlik yaratdığına və təşkilatın hüquqi ünvanı barədə yanlış məlumat verildiyini əsas gətirərək qurumun qeydiyyatını ləğv edən və təşkilatın fəaliyyətinə xitam verən qərarın çıxarılması tələbi ilə  Xətai rayon Məhkəməsinə müraciət etmişdi. 14 may 2008-ci il tarixində Xətai Rayon Məhkəməsinin hakimi  Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin iddiası təmin edilərək SMM-nin qeydiyyatının ləğv edilməsi və fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilmişdi. Xətai rayon Məhkəməsinin çıxardığı bu qərardan Apellyasiya şikayəti verilmişdi. Bu iş üzrə məhkəmə prosesi 25 noyabr 2008-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə məhkəmə baxışı keçiriləcək.

Previous Post

İNFORMASİYA SORĞUSUNUN CAVABLANDIRILMAMASI İLƏ BAĞLI DAHA 2 ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Next Post

AVROPA BİRLİYİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN HƏBSDƏ OLMASINDAN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.