İNFORMASİYA SORĞUSUNUN CAVABLANDIRILMAMASI İLƏ BAĞLI DAHA 2 ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Azərbaycan məhkəmələrinə ünvanlanan informasiya sorğularına cavabdan imtina ilə bağlı ölkə məhkəmələri qarşısında jurnalist Aytən Məmmədova və hüquqşünas Elçin Sadıqov tərəfindən qaldırılmış iki iddianın təmin edilməməsinə görə  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.

Bu RATİ-yə adları çəkilən şəxslərin hüquqlarını Avropa Məhkəməsində müdafiə edən hüquqşunas İntiqam Əliyev tərəfindən ünvanlanmış  məlumatda bildirilir.    
Jurnalist Məmmədovanın şikayətdə göstərilir ki, 2006-cı ilin noyabr ayının 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində “Hacı Məmmədov və digərlərinin işi” üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Yusifovun  vəsatətinə əsasən, məhkəmə proseslərinin stenoqram şəklində işıqlandırılmasına qadağa qoyub.
Bundan bir gün sonra – oktyabrın 17-də digər dövlət ittihamçısı Cəfərovun məhkəməyə təqdim etdiyi başqa bir vəsatətdən sonra “Azadlıq” qəzetinin əməkdaşlarının məhkəmə prosesində iştirakına qadağa qoyulub.
Vəkil Sadıqov isə Media Hüququ İnstitutunun həyata keçirdiyi layihə çərçivəsində 2006-cı il üçün Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılmış KİV-lə bağlı işlərin hesabatını hazırlamaq üçün  14 fevral 2007-ci ildə Ali Məhkəməyə informasiya sorğusu ilə müraciət edib. Ali Məhkəmə ərizəçinin sorğusuna cavab verməyib.
Hər iki şikayətdə göstərilir ki, bu işlər üzrə Azərbaycan məhkəmələrinin qərarları ərizəçilərin  Avropa Konvensiyanın 6 və 13-cü maddələri ilə təminat verilən ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulmasıdır.

Previous Post

DEVİD KRAMER KİV RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Next Post

ƏDLİYYƏ NAZİRLİYİ SMM-İN TƏKRAR QEYDİYYATA ALINMASINDAN İMTİNA ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.