“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORUNUN MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLDİ

Bu gün ( 2 mart ) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə iddiaçı “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovun (Mərzili) Azərbaycan Beynəlxalq Universitetinin (ABU) müəllim heyyətinə, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) kafedra müdiri Hüseyn Əhmədova, “Yeni Xəbər” qəzetinin baş redaktoru və məsləhətçisinə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Hazırlıq prosesində iddiaçı tərəfdən “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov (Mərzirli), cavabdeh tərəfdən isə Azərbaycan Pedoqoji Universitetinin kafedra müdiri Hüseyn Əhmədovun nümayəndələri – Məmmədəli Əliyev, Bəxtiyar Məmmədov, Azərbaycan Beynəlxalq Universitetinin müəllimləri  Ənvər Əhmədov, Eyyub Əzizov, Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünası Fazil Nəsibov, “Yeni Xəbər” qəzetinin baş redaktoru İlqar Salmanov və “Yeni Xəbər” qəzetinin məsləhətçisi Faiq Səfərov iştirak edirdi.
 Prosesdə Asif Mərzirli “Yeni Xəbər” qəzetinin 22 noyabr 2008-ci il tarixli 15-ci sayında dərc edilmiş məqalələrdə məhkəmə hökmü olmadan CM-nin müxtəlif maddələrində nəzərdə tutulmuş ağır cinayətlər törətməkdə ittiham edildiyini, böhtan atmaqla şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən ifadələrin kütləvi informasiya vasitəsində nəşr edildiyini məhkəməyə bildirdi.
 Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünası Fazil Nəsibov isə iddianın əsassız olduğunu məhkəməyə bildirdi. Hakim tərəflərin fikirlərini öyrəndikdən sonra məhkəməni 29 mart saat 15:30-a təyin etdi.
Xatırladaq ki, iddiaya səbəb “Yeni Xəbər” qəzetinin 22 noyabr 2008-ci il tarixli 15-ci sayının 10-cu səhifəsində “Hər kəsin vicdanı öz Allahıdır”, 11-ci səhifəsində “Zərərçəkənləri şantaj edirlər ki,danışmasınlar” və “Mahir Abdullayev haqqında yazılar adam oğurluğu ilə məşğul olan banda tərəfindən sifariş edilir” başlıqlı məqalələr olmuşdur.

Previous Post

“XALQ QƏZETİ” “RESPUBLİKAÇI” TƏŞVİQAT QRUPUNUN MATERİALININ BAŞLIĞINI DƏYİŞİB

Next Post

ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN 4 İLLİYİ İLƏ ƏLAQƏDAR JURNALİSTİN QƏBRİNİ ZİYARƏT OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.