“XƏZƏR TV” VƏ “İTV” MƏHKƏMƏYƏ VERİLİB

Azərbaycan Kinorejissorlar Gildiyasının rəhbəri, rejissor Hüseyn Mehdiyev müəllif  qonorarlarını ödəmədiyi və hüquqi qaydaları pozduğuna görə, “Xəzər” TV və “İTV”-ni məhkəməyə verib.

Məlumatı H.Mehdiyevin özü RATİ-yə bildirib: “Axırıncı məhkəmə prosesi bir ay bundan əvvəl 1 saylı yerli İqtisad Məhkəməsində olub və bir həftə ərzində məhkəmənin qərarı olacaq”.
Kinorejissorlar Gildiyasının audiovizual əsərlərin, müəlliflərin və bu sahədə digər hüquq sahiblərinin maraqlarını qoruduğunu, nəzarətini həyata keçirdiyini bildirən H.Mehdiyev qaldırdıqları iddianı tam əsaslı hesab edir:  “Hər bir ekran əsərinin yayımlanması üçün qonorar ödənilməlidir. Burada söhbət təkcə filmlər deyil, həm də audiovizual əsərlərdən gedir. Məsələn, klip,  sənədli film,  cizgi filmi və ya tamaşa. Bunların yayımlanması üçün hər bir müəllifə qonorar ödənilməlidir. “Xəzər” TV ilə yanaşı “İTV”-də müəlliflərin qonorarını ödəmək istəmir”.
Previous Post

MTRŞ SƏDRİ YENİ REGİONAL TELEVİZİYALARIN YARADILACAĞINI BİLDİRİR

Next Post

PİKET ZAMANI POLİS VİDEO ÇƏKİLİŞİN QARŞISINI ALMAĞA CƏHD EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.