Aksiyanın qarşısı polis tərəfindən alınıb. Bu zaman partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı da daxil olmaqla 10-a yaxın partiya fəalı saxlanılaraq Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar.
Aksiya zamanı piketin qətnaməsini oxumaq mümkün olmasa da, aksiya iştirakçıları piketin qətnaməsini paylamağa müvəffəq olublar. Qətnamədə sərbəst toplaşmaq azadlığının təmin edilməsi, kütləvi tədbirlərin keçirilməsinə şəraitin yaradılması, Müsavat partiyasının keçirmək istədiyi mitinqə icazənin verilməsi tələb edilir.
Partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı polis bölməsinə aparılmaq üçün avtobusa yerləşdirərkən polis zorakılığına məruz qalıb. Zorakılığın jurnalistlər tərəfindən çəkildiyini görən polis RATİ-nin və ANS telekanalının əməkdaşlarının kameralarını yana itələyərək çəkilişin qarşısını almağa cəhd edib.
Aksiyanı ATƏT-in və Avropa Birliyinin nümayəndələri müşahidə edirdilər.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,80/