“XURAL”IN KOLLEKTİVİ “ASİ”NİN NƏŞRİNƏ BAŞLADI

Dekabrın 4-dən “Xural” qəzetinin  kollektivi  “Asi” (Azad Söz İnqilabçıları)  qəzetinin nəşrinə başlayıblar.

Bu barədə bu gün (5 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən qəzetin baş redaktoru Əvəz Zeynallının xanımı Məlahət Zeynallının sözlərinə görə,  “Xural”ın çapına qeyri-rəsmi qadağa qoyulduğundan “ASİ” (Azad Söz İnqilabçıları) qəzetini nəşr etmək qərarı veriblər:

“Yeni qəzetin redaksiyası Müsavat Partiyasının qərargahında yerləşir  və qəzeti  əsasən “Xural”ın əməkdaşları nəşr etdirirlər. Qəzet həftəlik nəşr olunacaq”, -deyə M. Zeynallı bildirdi.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Previous Post

DAHA BİR JURNALİSTƏ HÜCUM EDİLDİ

Next Post

VƏKİL ELÇİN SADIQOV OMBUDSMANA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.