VƏKİL ELÇİN SADIQOV OMBUDSMANA MÜRACİƏT EDİB

Vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı ombudsman Elmira Süleymanovaya müraciət edib.

Bu barədə bu gün (5 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Sadıqov məlumat verib.

Vəkil bildirdi ki, Zeynallı ilə həbsxanada görüşərkən üzərində axtarış aparılır, bu proses görüş başa çatdıqdan sonra da edilir və hüquqlarını müdafiə etdiyi şəxslə aralarında olan söhbətin mövzusu barədə sorğu-sual edilir.

“Bu hərəkətlər qanunsuzdur, peşə fəaliyyətimə edilən müdaxilədir. Əvəz Zeynallı ilə yazılı şəkildə danışmağa məcbur  oluram, lakin sonda təcridxana əməkdaşları ünsiyyətimizin mövzusu barədə mənə suallar verirlər. Bu əməl isə Cinayət Məcəlləsinin  92.9.2-ci maddəsinə, vəkillik fəaliyyəti və vəkillik sirri  haqqında qanuna ziddir”, – deyə qeyd edən vəkil təcridxana rəhbərliyinin qanunsuz hərəkətləri barədə 2 saylı İnzibati İqtisad Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdiyini bildirdi.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər .

Previous Post

“XURAL”IN KOLLEKTİVİ “ASİ”NİN NƏŞRİNƏ BAŞLADI

Next Post

BƏXTİYAR HACIYEV YENİDƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.