“XURAL” QƏZETİNDƏ MÜZAKİRƏ KEÇİRİLİB

Bu gün (11 noyabr) “Xural” qəzetinin redaksiyasında “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu: problemlər və perspektivlər” mövzusunda müzakirə keçirildi. Tədbirdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, media eksperti Ələsgər Məmmədli, “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, “Milli Yol” qəzetinin və “Poliqon” informasiya agentliyinin baş redaktoru Şahin Ağabəyli və “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev iştirak edirdilər.

İştirakçılar çıxışlarında bildirdilər ki, KİV-ə Dəstək Fondu mətbuatın inkişafı üçün yaradılsa da, fond bu funksiyanı yerinə yetirmək iqtidarında deyil. Onlar vurğuladılar ki, KİV-in inkişafı üçün dövlətin cüzi miqdarda maddi yardım ayırması inkişafa səbəb olmur. “Əslində hökumət azad biznesə şərait yaratmalı və nəticədə yaranan reklam bazarından media da yararlanmalı, bu yolla da təbii şəkildə özünü maliyyələşdirməlidir” – deyən tədbir iştirakçıları onu da vurğuladılar ki, dövlət büdcəsindən yardım şəkildə və ya qrant kimi ayrılan vəsait inkişaf üçün yetərli deyil. “KİV-ə uzun müddətli və daha böyük məbləğdə kreditin verilməsi medianın inkişafına daha çox kömək olar” – deyə media rəhbərləri vurğuladılar. Tədbirdə o da təklif olundu ki, KİV-in  inkişaf etməsi və dövlətdən asılılığının olmaması üçün qəzetlərin QHT yaradaraq, bu sahədən qrant vasitəsilə yararlanması da mümkündür.
Previous Post

BÜDCƏ LAYİHƏSİNDƏ QHT-LƏRƏ 2.8 MİLYON, KİV-Ə İSƏ 2 MİLYON MANAT VƏSAİT NƏZƏRDƏ TUTULUB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU 3 DÖVLƏT QURUMUNU MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.