“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU APELLYASİYA ŞİKAYƏTİ VERİB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov Rayon Məhkəməsində çıxarılmış qərardan apellyasiya şikayəti verib.

Xəbəri  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (06 avqust) Əvəz Zeynallının özü verib.

Xatırladaq  ki, Ramiz Mehdiyevin “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə qaldırdığı iddia iyulun 2-də tam təmin olunub.

 

Qeyd edək ki, Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

MİNALAR ƏLEYHİNƏ AZƏRBAYCAN KAMPANİYASI İCTİMAİ BİRLİYİNİN SƏDRİ HAFİZ SƏFİXANOVLA MÜSAHİBƏ

Next Post

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI YENƏ DƏ MƏHKƏMƏYƏ GƏLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.