EUROVISİON-2009 YARIŞMASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİNƏ SƏS VERƏNLƏR MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇA

Politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu “Eurovision-2009” müsabiqəsi zamanı Ermənistandan olan ifaçıya səs verdiyinə görə avqustun 6-da Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Ərəstun Oruclunun sözlərinə görə, naməlum şəxs oğlunun mobil telefonuna zəng edərək, MTN-in Nəsimi rayon şöbəsinə gəlməsini tələb edib.

Bu barədə xəbər tutan ata oğlunun bölməyə getməsini qadağan edib. “Telefon vasitəsilə zəng edərək səbəb bildirmədən çağırdıqlarına və rəsmi çağırış göndərmədiklərinə görə, oğlumun heç yerə getməyəcəyini bildirdim və yazılı çağırış göndərməyi tələb etdim. Bundan başqa, oğlumun 18 yaşı tamam olmayıb və o, yalnız vəkilin və ya valideynlərinin iştirakı ilə dindirilə bilər. Bununla belə, zəng edənlərdən biri oğlumu polisin köməyilə zor güc gətirəcəyi ilə hədələyib. Buna görə, bunu açıq hədə hesab edirəm”.  
Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı da “Azadlıq” radiosuna bildirib ki, may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırıblar. “Məndən izahat alındı ki, niyə Ermənistana səs göndərmişəm. Dedilər ki, bunu dövlət təhlükəsizliyi üçün edirik. Mənə psixoloji təzyiq etmək istəyirdilər ki, sənin milliyyətin yoxdur, niyə Ermənistana səs verirsən? İzahat yazdırıb buraxdılar” – deyən Rövşən Nəsirli vurğulayıb ki, onu sorğu-suala tutan MTN əməkdaşının əlindəki siyahıda ondan başqa daha bir neçə nəfərin də adı və telefon nömrəsi olub.
Hüquqşünas Ələsgər Məmmədli RATİ-yə bildirib ki, yarşımada Ermənistan iştirakçısına səs verən şəxslərin MTN-ə çağırılmasının heç bir hüquqi əsası yoxdur və bu hal qanunsuzdur. Azərbaycanın “Eurovision” şəbəkəsinə heç bir şərt irəli sürmədən qoşulduğunu qeyd edən hüquqşünas vurğuladı ki, Ermənistan nümayəndəsinin çıxışı Azərbaycanın İctimai Televiziyası tərəfindən birbaşa yayımlanırsa, bu zaman vətəndaşların seçiminə də məhdudiyyət qoyulmamalı, həmçinin sonradan onlara problem yaradılmamalıdır. “Bu, ifadə azadlığının pozulması olduğundan, belə hallara yol vermək qanun pozuntusudur.”
Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin münasibətini öyrənmək üçün dəfələrlə zəng etsək də, nazirlikdən telefonlarımıza cavab verən olmadı.

Previous Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU APELLYASİYA ŞİKAYƏTİ VERİB

Next Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.