BAŞ REDAKTOR POLİS RƏİSİNİN ONU TƏHQİR VƏ TƏHDİD ETDİYİNİ BİLDİRİLİR

 “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ölümlə təhdid edilib. Bu barədə bu gün (27 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə. Zeynallı məlumat verib.

“Bu gün saat 11:42 radələrində 050 211 84 76 nömrəsindən mobil telefonuma zəng gəldi. Zəng edən şəxs özünü Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov kimi təqdim etdi və ədəbsiz söyüşlərlə məni təhqir etməyə başladı. Söyüşlərdən sonra idarə rəisi mənə  hədə-qorxu gəlməyə,  təhqir etməyə, eləcə də ölümlə təhdid etməyə başladı. Onu ədəbli olmağa dəvət elədim, lakin bunun nəticəsi olmadı”, – deyə qeyd edən Ə. Zeynallı əlavə etdi ki, idarə rəisinin təhdid və təhqiri barədə dərhal 102 xidmətinə, DİN-nin mətbuat xidmətinə məlumat verib.

 Məsələyə münasibət bildirməsi üçün yuxarıda göstərilən nömrə ilə əlaqə saxladıq. Telefona cavab verən  Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov onun Əvəz Zeynallını təhqir və təhdid etmədiyini bildirdi.

Previous Post

BAKI 26.06.2011 HƏRBİ PARAD

Next Post

ƏCNƏBİ HÜQUQ MÜDAFİƏÇİSİ və JURNALİSTİ DÖYƏN ŞƏXSLƏRDƏN İKİSİ HƏBS OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.