ƏCNƏBİ HÜQUQ MÜDAFİƏÇİSİ və JURNALİSTİ DÖYƏN ŞƏXSLƏRDƏN İKİSİ HƏBS OLUNUB

İyunun 15-dən 16-na keçən gecə paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd şəxsin hücumuna məruz qalıb döyülən Böyük Britaniya vətəndaşı, hüquq müdafiəçisi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı  Silya Devis və ABŞ vətəndaşı, jurnalist Amanda Eriksonun döyülməsi faktı lə bağlı iki nəfər saxlanılıb. İyunun 26-da Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Media forum” xəbər saytına bu barədə məlumat verilib.

Məlumatda bildirilib ki, DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxslərdən ikisi – Bakının Ramana qəsəbəsinin sakini, 1993-cü il təvəllüdlü Adil Hüseyn oğlu Tağızadə və Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Roman Musa oğlu Həsənov həbs olunublar. Adları istintaqa məlum olan digər iki nəfərin də tapılıb tutulması və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir.

Cinayət işi Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə araşdırılır. Bir qrup şəxs tərəfindən  törədilən xuliqanlıq iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xatırladaq ki, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, hadisə axşam saat 00.15-20 radələrində Milli Dram Teatrının yaxınlığında baş verib. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi  xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu şəxslərin  onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb.  Amanda   Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

 

Previous Post

BAŞ REDAKTOR POLİS RƏİSİNİN ONU TƏHQİR VƏ TƏHDİD ETDİYİNİ BİLDİRİLİR

Next Post

ŞƏRQ-QƏRB ARAŞDIRMALAR MƏRKƏZİNİN RƏHBƏRİ ƏRƏSTUN ORUCLU İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.