“XURAL” QƏZETİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Fevralının 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Nərimanov rayon Məhkəməsinin yanvarın 17-də çıxarılan qərarından verilən apellyasiya şikayətinə əsasən keçirilən məhkəmə prosesində hakim Nərimanov rayon Məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərarı elan etdi.


Prosesdən sonra Əvəz Zeynallı və vəkili Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hakimin bu qərarının ədalətsiz olduğunu və verilmiş qərardan yuxarı instansiya məhkəmələrinə müraciət edəcəklərini bildirdilər.

       Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair  iddia qaldırıb. İddiaya səbəb “Xural” qəzetinin 24-30 iyun 2007-ci il tarixli “Nəşriyyat “qızıl” kəsir”, 29 iyul-04 avqust 2007-ci il tarixli “Azərbaycan mətbuatının ölüm yeri”  və 19-25 avqust 2007-ci il tarixli “”Azərbaycan” Nəşriyyatı yox, “Azərbaycan fabriki” adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250 000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunur.

Nərimanov rayon Məhkəməsi bu iddianı qismən təmin edərək qəzetin təkzib verməsi və dəymiş mənəvi  ziyana görə 1 000 manat təzminat ödənilməsi haqqında qərar vermişdi. Hazırkı iddia isə məhkəmə qərarını icra edilməsinin təmin edilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayəti üzrə çıxarılıb.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 9 FEVRAL

Next Post

MÜDAFİƏ KOMİTƏSİ CABBAR SAVALANLININ HƏBSİNİ SİYASİ SİFARİŞ SAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.