“XURAL” QƏZETİ ETİRAZ AKSİYASINA HAZIRLAŞIR

Mayın 16-da  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı cərimələnməsi barədə çıxarılmış məhkəmə qərarlarının icraata yönəldilməsi ilə bağlı mətbuat konfransı keçirib.

Məhkəmə qəzetin prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə 10 min manat ödəməli olduğu barədə qərar çıxarıb. Bununla əlaqədar artıq qəzetin əmlakı siyahıya alınıb.

              Zeynallı cəriməni ödəməyə hazır olduğunu, amma cəriməni hissə-hissə ödəyəcəyini deyib. “Qəzetin maliyyə imkanları bu məbləğin bir dəfəyə ödənilməsinə imkan vermir. Bu cərimənin birdəfəlik ödənilməsi  qəzeti çökdürər”, –  deyə Əvəz Zeynallı bildirib.

            “Bu qədər böyük cərimə məbləği ədalətsiz məhkəmə qərarının nəticəsidir. Bundan başqa, Ramiz Mehdiyev azad sözü boğmağa start verib. Buna görə də biz piket və ya mitinq keçirmək barədə qərara gəlmişik. Yaxın günlərdə keçirəcəyimiz aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik””,  – deyə  “Xural” qəzetinin redaktoru qeyd etdi.

            Qeyd edək ki,  “Xural” qəzetinin 23 may 2010-cu il tarixli sayında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!!” başlıqlı məqalədə yazılanların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən “Ümid yeri” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin iddiası tam təmin edilib. Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu ilin fevralında isə Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

 

Previous Post

MEDİA HÜQUQU KİTABININ TƏQDİMATI OLUB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.