MEDİA HÜQUQU KİTABININ TƏQDİMATI OLUB

Mayın 16-da Mətbuat Şurasında Amerikanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Amerikanın Silha Mərkəzinin direktoru Ceyn Körtlinin Azərbaycan dilinə tərcümə olunmuş  “Media hüququ” kitabının təqdimatı olub.

Təqdimat mərasimində müəllif Ceyn Körti, Mətbuat Şurasının sədri Əflatun Amaşov,  Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson və  media rəhbərləri iştirak edib.

            Kitab jurnalistlərin inkişafı üçün əlverişli şərait, azad mətbuat üçün çərçivə, məhkəmə çəkişməsi yerinə özünütənzimləmə, jurnalisitlərin məsuliyyəti, yeni media, vətəndaş jurnalistləri,  bloggerlər, məlumat azadlığı və vətəndaş cəmiyyətinin yüksəlişi ilə bağlı məsələləri əhatə edir.

            Ceyn Körtlin bildirib ki, kitab azad mətbuatın azad cəmiyyətdə  üstünlükləri və məsuliyyətini təsvir edən standartları tövsiyə edir: “Birinci, azad və müstəqil mətbuat hər bir azad  cəmiyyət üçün mühümdür. İkincisi azad mətbuat cəsurdur və onun oxucu və tamaşaçılarına vacib olan mövzuları qorxusuz və qərəzsiz təqib edir. Üçüncüsü, azad mətbuat məsuliyyət daşıyır”.

               Müəllif yeni medianın rupor və klassik mediaya qalib gələcəyinə ümid edir. Onun fikrincə, yeni media klassik media ilə təzad yaradır.   Xanım Körtün eyni zamanda deyib ki, yeni mediadan siyasi və digər məqsədlər üçün istifadə edilməsi daha asandır.

            Müəllif deyib ki, dünyada cəsur jurnalistlər xəbərlər barədə məlumat vermək  və ictimaiyyətə dəqiq məlumat çatdırmaq üçün repressiv hökumətlər və digər mühüm əngəllərlə üzləşərək yaşayış imkanları və hətta həyatları ilə risk edir. “Lakin qanunun aliliyinə hörmət edilən yerdə jurnalistika çiçəklənir. Azad mətbuat ən yaxşı milli konstitusiya, qanunlar və ya ümumi hüquqi vasitə ilə qorunur. Nə qədər formalaşdırılmış olsa da qanun ən azı xəbər KİV-lərini senzuradan qorumalı və müxbirlərə məlumata çıxışı təmin etməlidir”, – deyə o bildirib.

   Amerika səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki, Amerika Azərbaycanda azad mətbuatlın inkişafı üçün köməyini davam etdirəcək. “Bu sahədə çox işlər görülməlidir, – deyə o qeyd edib.

    Müzakirələrdə yerli medianın nümayəndələri kitabın nəşrini müsbət qarşıladığını bildirib və müəllifə çoxsaylı suallar veriblər.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 16 MAY 2011

Next Post

“XURAL” QƏZETİ ETİRAZ AKSİYASINA HAZIRLAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.