“XURAL” QƏZETİNİN İCRANIN DAYANDIRILMASI İLƏ BAĞLI MÜRACİƏTİ TƏMİN EDİLMƏYİB

Oktyabrın 18-də Nərimanov Rayon məhkəməsində hakim Sənan Hacıyevin  sədrliyi ilə “Xural” qəzetinin icranın dayandırılması ilə bağlı müraciətinə baxılıb.

Qəzetin Bakı Apelyasiya Məhkəməsinin 18 iyul 2011-ci il tarixli qərarının  icrasının dayandırılması ilə bağlı müraciəti təmin edilməyib. Bu barədə bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Elçin Sadıqov  məlumat verib.

Vəkil E. Sadıqov bildirdi ki, bu qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul tarixli son sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə Nərimanov rayon məhkəməsində iddia qaldırmışdı. Nərimanov rayon Məhkəməsi 12 oktyabr 2010-cu il tarixində  iddianı qismən təmin edərək, Əvəz Zeynallının 500 manat həcmində cərimələnməsi barədə qərar verib. Hər iki tərəfin verdiyi şikayətə əsasən işə baxan apellyasiya məhkəməsi 500 manatlıq cəriməni 5000 manata qaldırıb. Bundan sonra apellyasiya və Ali Məhkəmə instansiyası qərarı qüvvədə saxlayıb. Belə ki, 7 fevral 2011-ci il tarixində Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 17 iyun 2011-ci il tarixində Ali Məhkəmə apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlanıldığını bildirən qərar elan edib.

Oktyabrın əvvəlində Nərimanov rayon icra şöbəsindən “Xural” qəzetinin redaksiyasına göndərdiyi bildirişdə göstərilir ki, qərar 10 gün müddətində icra olunmazsa, məcburi qayda təmin ediləcək. Bu səbəbdən də Əvəz Zeynallı icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət etmişdi.

 Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayının 6-dan həftəlik, 2011-ci il sentyabr ayının 20-dən isə gündəlik dərc olunur.

 

 

Previous Post

ACLIQ AKSİYASI DAVAM EDİR

Next Post

VİDADİ İSGƏNDƏRLİNİN APELYASİYA ŞİKAYƏTİNƏ BAXILMAĞA BAŞLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.